Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Zəfər günü

Əfqanıstan səfirliyi Azərbaycan xalqını təbrik edib - FOTO

Əfqanıstan səfirliyi Azərbaycan xalqını təbrik edib - FOTO

Əfqanıstanın Bakıdakı səfirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Prieinfo.az xəbər verir ki, müvafiq təbrik diplomatik missiyanın “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. “8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik”, – paylaşımda deyilir.

Türkiyə MN: “Azərbaycanın Zəfər Gününü ürəkdən təbrik edirik!”

Türkiyə MN: “Azərbaycanın Zəfər Gününü ürəkdən təbrik edirik!”

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Primeinfo.az  xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında paylaşım edib. “5 il öncə Qarabağda böyük bir zəfər qazanan azərbaycanlı qardaşlarımızın 8 Noyabr Zəfər Gününü ürəkdən təbrik edir, bütün qardaşlarımıza səmimi salamlarımızı çatdırırıq.

Zəfər Günü paradı – başlama vaxtı açıqlandı

Zəfər Günü paradı – başlama vaxtı açıqlandı

8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Bakıda keçiriləcək hərbi paradın başlama vaxtı məlum olub. Primeinfo.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, parad saat 13:00-da start götürəcək. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə keçiriləcək tədbirdə ölkənin müxtəlif qoşun növləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələr, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Hərbi Hava və Dəniz Qüvvələri iştirak edəcək.

Mətbuat Şurası İlham Əliyevə təbrik məktubu ünvanladı

Mətbuat Şurası İlham Əliyevə təbrik məktubu ünvanladı

Mətbuat Şurasının İdarə Heyəti Azərbaycan jurnalistləri adından 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, təbrik məktubunda qeyd olunur: “Möhtərəm cənab Prezident, Dövlətimizin rəhbəri və Müzəffər Ali Baş Komandan kimi Sizin müdrik, prinsipial və qətiyyətli siyasətiniz, xalqımızın sarsılmaz iradəsi, dövlət-xalq birliyi, rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində müasir tariximizin ən parlaq səhifələrindən birinə çevrilmiş 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünü böyük qürurla qeyd edirik. Siz yalnız hərb meydanında deyil, eyni zamanda, diplomatiya və informasiya cəbhələrində aparılan mübarizə nəticəsində qazanılmış bu şanlı Qələbənin əsas memarısınız.

Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib - FOTO

Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib - FOTO

  8 Noyabr – Zəfər Günü, həmçinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində qəbul keçirilib. Primerinfo.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən səfir Qismət Gözəlov əvvəlcə xalqımıza bu Qələbəni bəxş edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edib. Səfir çıxışında qeyd edib ki, ölkəmiz Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıb.

Ədliyyə Nazirliyində Zəfərin 5-ci ildönümü qeyd edilib - FOTO

Ədliyyə Nazirliyində Zəfərin 5-ci ildönümü qeyd edilib - FOTO

Ədliyyə Nazirliyində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş tədbir təşkil olunub. Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin rəhbərliyi və kollektivi əvvəlcə II Fəxri xiyabanı ziyarət edərək Vətən müharibəsində könüllü iştirak etmiş şəhid ədliyyə qulluqçusu Ruhin Xəlilovun məzarı üzərinə, daha sonra inzibati binada yerləşən barelyefi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.