Xankəndi şəhərində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə hərbçilərin yürüşü keçirilib. Primeinfo.az xəbər verir ki, hərbçilərin yürüşü şəhərin mərkəzi meydanından başlayıb və Zəfər meydanında başa çatıb. Yürüşü izləmək üçün küçələrə toplaşan şəhər sakinləri Zəfər şüarları səsləndirirlər.
İşğaldan azad olunmuş Şuşa şəhərində Zəfər Gününün 5 illiyi ilə əlaqədar hərbi yürüş keçirilib.
8 noyabr – Zəfər Günü münasibətilə bu gün paytaxt Bakının müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşü keçirilir.
Pakistanın paytaxtı İslamabadda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib. Azərbaycanın Pakistandakı səfirliyindən Primeinfo.az-a verilən məlumata görə, Pakistan Senatının sədri Seyid Yusuf Raza Gilaninin əsas qonaq qismində təşrif buyurduğu qəbulda federal nazirlər, senatorlar, Pakistan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər. Səfirliyin təşkil etdiyi tədbirin əvvəlində 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Pakistan himnləri səsləndirilib və Azərbaycanın Zəfərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, gücləndirilmiş rejim 8-11 noyabr tarixlərində tətbiq ediləcək.
Azərbaycanın müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən bildirilib. Hərbi qulluqçular noyabrın 6-da saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər: Bakı şəhəri üzrə: * Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrosu – Qala Qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli; * Q.Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı; * “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospekti; Sumqayıt şəhəri üzrə: Dənizkənarı Bulvar ərazisi; Naxçıvan şəhəri üzrə: Dilqəm Pişəvəri, Əziz Əliyev küçələri və Heydər Əliyev prospektinin kəsişməsindən “Zəfər Parkı”nadək; Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə və prospektləri.
Noyabrın 8-də keçiriləcək Zəfər paradına hazırlıqla bağlı Bakıda bır sıra yollarda hərəkət tam məhdudlaşdırılacaq.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Zəfər paradında iştirak etmək üçün Bakıya səfər edəcək.Primeinfo.az xəbər verir ki, səfər noyabrın 7-nə planlaşdırılıb. Qeyd edək ki, Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək. Parad noyabrın 8-də “Azadlıq” meydanında təşkil olunacaq.
Serbiya silahlı qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç Bakıda Zəfər Gününün beşilliyi münasibətilə keçiriləcək paradda iştirak edəcək.
“Qeyd etdiyim kimi, bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək”. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirib.