
Türk Hava Yolları (THY) hava şəraitinə görə bu günə planlaşdırılan 60-dan çox daxili uçuşu ləğv edib.
Primeinfo.az xəbər verir ki, bu barədə THY-nın sözçüsü Yəhya Üstün sosial mediada məlumat verib.
“Ölkəmizin şərq və mərkəzi hissələrində gözlənilən əlverişsiz hava şəraiti səbəbindən 31 dekabr tarixinə planlaşdırılan 61 uçuş ləğv edilib”, – o bildirib.
Beynəlxalq uçuşlarda heç bir problem qeydə alınmayıb.
Qeyd edək ki, Türkiyə meteoroloqları yaxın günlərdə bəzi əyalətlərdə güclü qar yağacağını proqnozlaşdırırlar. Hava şəraiti ilə əlaqədar olaraq, 31 dekabrda Türkiyənin 81 bölgəsindən 15-də, əsasən mərkəzi və şərq bölgələrində dərslər ləğv edilib.