
Laçın şəhərində inşa olunan kanat yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər sürətlə davam edir. Layihənin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.
Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.
Ətraflı: