
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Tehranın Yaxın Şərqdəki münaqişənin deeskalasiyası perspektivləri ilə bağlı mövqeyini ifadə edib. Onun sözlərinə görə, hərbi əməliyyatların tam başa çatması yalnız iqtisadi məhdudiyyətlərin olmadığı şəraitdə mümkündür.
Primeinfo.az Oxu.az-a istinadən bildirir ki, Qalibaf bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
Parlamentin sədrinin fikrincə, tam atəşkəs o zaman məna kəsb edir ki, o, dəniz blokadası və dünya iqtisadiyyatının ələ keçirilməsi ilə pozulmasın.
İranlı siyasətçi qeyd edib ki, vəziyyəti sabitləşdirmək üçün İsrail tərəfindən bütün istiqamətlərdə hərbi əməliyyatların dayandırılması zəruridir. O, həmçinin regional su yollarının strateji əhəmiyyətinə diqqət çəkərək vurğulayıb ki, Hörmüz boğazının açılması atəşkəsin kobud şəkildə pozulması fonunda qeyri-mümkündür.
Qalibaf əlavə edib ki, təzyiq vasitəsilə siyasi və ya hərbi məqsədlərə nail olmaq cəhdləri nəticə verməyəcək:
“Onlar hərbi müdaxilə ilə öz məqsədlərinə çatmadılar, xuliqanlıqla da çatmayacaqlar. Yeganə yol İran millətinin haqlarının tanınmasıdır”.