Xəbər axtarın

Son axtarış nəticələri:

"Yeni Klinika"ya direktor təyin olundu

23.04.2026 10:42

"Yeni Klinika"ya direktor təyin olundu

“Yeni Klinika”nın direktor vəzifəsinə Qalib İmanov təyin olunub.

Primeinfo.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, klinikaya rəhbərlik direktor müavini, Ürək-damar mərkəzinin rəhbəri Q.İmanova həvalə edilib.

Qeyd edək ki, “Yeni Klinika”nın direktoru Barat Yusubov dünən vəzifəsindən azad olunub.

Hələlik TƏBİB işdən çıxarılan xəstəxana rəhbərləri və yeni təyinatlarla bağlı rəsmi açıqlama verməyib, çoxsaylı sorğular cavabsız qalıb.

Qurumdan yaxın vaxtlarda ətraflı məlumat açıqlanacağı bildirilib.

Paylaş: