Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycandan Ermənistana alüminium və taxıl göndərilib

07.05.2026 10:16

Azərbaycandan Ermənistana alüminium və taxıl göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Primeinfo.az xəbər verir ki, 10 vaqondan ibarət, çəkisi 700 ton olan taxıl və 2 vaqondan ibarət, çəkisi 133 ton olan alüminium (ilk dəfə göndərilir) Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Xatırladaq ki, ötən gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl göndərilib. İndiyədək isə Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 26 min tondan çox taxıl, 3800 tondan çox gübrə və 68 ton qarabaşaq yola salınıb.

Paylaş: