Xəbər axtarın

Son axtarış nəticələri:

Ödənişsiz parklanma məntəqələri və minib-düşmə yerləri yaradılıb - FOTO

22.05.2026 22:03

Ödənişsiz parklanma məntəqələri və minib-düşmə yerləri yaradılıb - FOTO

Paytaxtın Sabunçu rayonunun Əsildar Məmmədəliyev küçəsində yerləşən Sabunçu Tibb Mərkəzinin qarşısında xaotik vəziyyətin və nizamsız parklanmanın tənzimlənməsi, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yeni yol nişanları quraşdırılıb və nişanlanma xətləri təşkil olunub.

Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib ki, sözügedən ünvanda parklanma tələbatı və tibb müəssisəsinə gələn axın nəzərə alınaraq “5.15” – “duracaq yeri” yol nişanı quraşdırılmaqla ödənişsiz parklanma məntəqələri, həmçinin “3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılmaqla 3 minib-düşmə yeri yaradılıb.

Eyni zamanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada keçidləri təşkil edilib.

Paylaş: