Xəbər axtarın

Son axtarış nəticələri:

Xaçmazda narkotiklə bağlı 2 NƏFƏR SAXLANILIB

07.05.2026 15:16

Xaçmazda narkotiklə bağlı 2 NƏFƏR SAXLANILIB

Xaçmazda dəmiryolu polisi 2 nəfərdə narkotik aşkarlayıb.

DIN-in mətbuat xidmətinin Quba regional qrupundan Primeinfo.az-a verilən məlumata görə, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş şəxslər – 59 yaşlı S.Siracov və 37 yaşlı A.Həsənov saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.

Paylaş: