Xəbər axtarın

Son axtarış nəticələri:

Abşeronda sürücülər arasında insident: 1 nəfər saxlanıldı - FOTO

09.06.2026 11:33

Abşeronda sürücülər arasında insident: 1 nəfər saxlanıldı - FOTO

İyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a bildirilib ki, araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Abşeronda sürücülər arasında insident: 1 nəfər saxlanıldı - FOTO

Paylaş: