Xəbər axtarın

Son axtarış nəticələri:

Bahçelinin uşaqla dialoqu gülüş doğurdu: “Hara qaçırsan, bala?” – VİDEO

19.06.2026 19:10

Bahçelinin uşaqla dialoqu gülüş doğurdu: “Hara qaçırsan, bala?” – VİDEO

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçelinin uşaqla dialoqu gündəm olub.

Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb.

Kadrlarda bir uşaq MHP liderinin qarşısında şeir söyləyir:

“Kurt uykudan uyanmış

Ulumaya başlamış

Uçak olup uçalım, uzak yerlere kaçalım

Auuuuuuuu”.

Uşağın sözlərindən sonra Baxçalı gülümsəyərək belə cavab verib:

“Niyə qaçırsan, övladım? Buranı dəyişdir, ülkücülər qaçmaz”.

Qısa dialoq sosial mediada sürətlə yayılaraq istifadəçilər arasında maraqlı müzakirələr yaradıb.

Qeyd ki, “ülkücü” Türkiyədə türk milliyyətçiliyi ideologiyasını mənimsəyən, əsasən Milliyyətçi Hərəkat Partiyası (MHP) və Ülkü Ocaqları hərəkatı ilə əlaqələndirilən şəxslərə deyilir.

“Bozqurd” simvolu da ülkücü hərəkatın əsas rəmzlərindən hesab olunur.

Paylaş: