Xəbər axtarın

Son axtarış nəticələri:

Kiyevə HÜCUM: Lavra vuruldu - VİDEO

15.06.2026 10:42

Kiyevə HÜCUM: Lavra vuruldu - VİDEO

Ukraynanın paytaxtı Kiyev son ayların ən ağır hava hücumlarından birini yaşayıb.

Primeinfo.az Today Press-ə istinadən xəbər verir ki, bu barədə “The Kyiv İndependent” məlumat yayıb.

Məlumata görə, Rusiya ordusunun gecə boyu həyata keçirdiyi raket və dron zərbələri nəticəsində Ukrayna paytaxtının bir çox rayonunda güclü partlayışlar, yanğınlar və dağıntılar qeydə alınıb.

Şəhər rəhbərliyindən bildirilib ki, hücum zamanı tarixi Kiyev Peçersk Lavra ərazisində yanğın baş verib. UNESCO irsi siyahısında olan dini kompleksin alova bürünməsi dünya mediasında geniş rezonans doğurub.

Zərbələr nəticəsində yaşayış binaları, yataqxanalar, anbarlar, uşaq bağçaları və təhsil müəssisələri zədələnib. “Comfort Town” yaşayış kompleksi və Dovzhenko Film Studiyası da hücumdan zərər görən obyektlər arasındadır. Bir sıra ərazilərdə dağıntılar genişmiqyaslı yanğınlara səbəb olub, onlarla avtomobil yanaraq yararsız hala düşüb.

Hücum elektrik infrastrukturuna da ciddi zərbə vurub. Kiyevin şimal hissəsində təxminən 140 min abonent işıqsız qalıb.

İlkin məlumata əsasən, hücum nəticəsində azı 4 nəfər həlak olub, 23 nəfər yaralanıb. Yaralılar arasında bir uşağın və hamilə qadının olduğu bildirilir.

Paylaş: