Xəbər axtarın

Son axtarış nəticələri:

İran Tehrana növbəti hücum barədə məlumat yaydı

08.06.2026 13:17

İran Tehrana növbəti hücum barədə məlumat yaydı
İran Tehrana növbəti hücum barədə məlumat verib, paytaxt səmasında hazırda hava hücumundan müdafiə (HHM) vasitələri fəaliyyət göstərir.

Primeinfo.az-ın Report-a istinadən məlumatına görə, bu barədə “Mehr” informasiya agentliyi xəbər verir.

“Şəhərdə partlayış səsləri eşidilir, HHM sistemləri işə düşüb”, – agentliyin məlumatında bildirilib.

Qeyd olunub ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri Hayfadakı (İsrail) sənaye obyektlərinə raket zərbəsi endiriblər.

Məlumata görə, zərbə İsrail Müdafiə Ordusunun İranın cənub-qərbindəki Mahşəhrdə neft-kimya sənayesi obyektlərinə hücumlarına birbaşa cavab olaraq endirilib.

 

Paylaş: