Xəbər axtarın

Son axtarış nəticələri:

Polisdən ƏMƏLİYYAT: Qanunsuz silah-sursat aşkarlandı

09.06.2026 12:04

Polisdən ƏMƏLİYYAT: Qanunsuz silah-sursat aşkarlandı

Ötən gün polis əməkdaşları tərəfindən paytaxt Bakı və respublikanın müxtəlif rayonlarında qanunsuz saxlanılan xeyli sayda silah-sursat aşkarlanaraq götürülüb.

Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, keçirilən tədbirlər nəticəsində 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkarlanaraq müsadirə edilib.

Nazirlik vətəndaşlara qanunsuz saxlanılan odlu silah və sursatların könüllü şəkildə polis orqanlarına təhvil verilməsinin vacibliyini bir daha xatırladıb.

Qeyd olunub ki, qanunsuz silah və sursatların saxlanılması bədbəxt hadisələrə, ağır cinayətlərin törədilməsinə və insan həyatı üçün ciddi təhlükələrin yaranmasına səbəb ola bilər. Vətəndaşlara belə hallarla rastlaşdıqları zaman dərhal hüquq-mühafizə orqanlarına məlumat vermələri tövsiyə olunub.

Bildirilib ki, qanunvericiliyə əsasən, qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polisə təhvil verən şəxslər müvafiq məsuliyyətdən azad edilirlər.

Paylaş: