Xəbər axtarın

Son axtarış nəticələri:

Şəmkirdə kütləvi ZƏHƏRLƏNMƏ: Hadisə nəzarətə götürüldü - FOTO

16.07.2026 11:25

Şəmkirdə kütləvi ZƏHƏRLƏNMƏ: Hadisə nəzarətə götürüldü - FOTO

“Şəmkirdə baş verən qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsi araşdırmalara başlayıb”.

Primeinfo.az xəbər verir ki, bu barədə Oxu.az-a Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, AQTA-ya daxil olan məlumata əsasən, şəxslərə müvafiq tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar:

“Araşdırmalar zamanı hadisənin Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən “Narın Qala” restoranında baş verdiyi müəyyən olunub. AQTA əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir”.

***

10:14

Şəmkirdə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 15-i saat 03:00-da zəhərlənmə şübhəsi ilə 11 nəfər (9 qadın, 2 kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb”.

***

10:02

Şəmkir rayonunda 11 nəfər qidadan zəhərlənib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə restoranların birində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Mədinə İsmayılova, 1994-cü il təvəllüdlü Sevil Cəlilova, 1973-cü il təvəllüdlü Gülbəniz Cəlilova, 2007-ci il təvəllüdlü Leyla Qurbanova, 1999-cu il təvəllüdlü Rüfət Qurbanov, 1999-cu il təvəllüdlü Türə Daşdəmirova, 1994-cü il təvəllüdlü Famil İsgəndərov, 2015-ci il təvəllüdlü A.A., 1967-ci il təvəllüdlü Rüxsarə İsgəndərova, 1999-cu il təvəllüdlü Fatimə İsgəndərova və onun həm yaşıdı Rasim Şirinov qida zəhərlənməsi diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, həmin şəxslər məclisdə yedikləri salatdan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: