Xəbər axtarın

Son axtarış nəticələri:

Ukrayna mütləq qisas alacaq - Rusiyaya qarşı SENSASİON əməliyyat - VİDEO

06.07.2026 16:17

Ukrayna mütləq qisas alacaq - Rusiyaya qarşı SENSASİON əməliyyat - VİDEO

“Ukrayna tərəfindən mütləq qisas əməliyyatı olacaq. Ukrayna Moskva başda olmaqla bir çox şəhərlərinə dəhşətli zərbələrə başlayacaq. Kiyev Rusiyanın sadəcə neft obyektlərini deyil, eyni zamanda İES-lərini də vuracaq. Onu da qeyd edim ki, yaxın zamanlarda Krım istiqamətində də Ukraynanın quru əməliyyatlarını müşahidə edə bilərik. Artıq savaşın raket mərhələsi başlayır. Raket döyüşləri isə əsasən Leninqrad, Moskva, Nijni-Novqorod istiqamətlərində olacaq”.

Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Qeyd edək ki, Rusiya Kiyevə raket və dronlarla kütləvi hücum həyata keçirib. Ukraynanın paytaxtında genişmiqyaslı dağıntılar və yanğınlar baş verib. Kiyevin meri Vitali Kliçko hücumlar nəticəsində 11 nəfərin həlak olduğunu açıqlayıb. Yaralanmış 46 nəfərdən 27-si, o cümlədən üç uşaq xəstəxanaya yerləşdirilib.

Davamı “Qırmızı masa”da:

Paylaş: