
“Rusiya bütün vatiantlara əl atır, lakin bunun kömək edəcəyi də ciddi sualdır. Yəni, Rumıniya və Moldova sərhədlərinin vurulması Ukraynaya keçidi müəyyən qədər ləngidə bilər, amma böyük zərər verə bilmədi. Bütün bunların tamamilə əksinə olaraq atılan bu addımlar Rusiyaya qarşı əks reaksiyaları daha da gücləndirdi”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qeyd edək ki, Rusiya ordusu “Şahid” tipli PUA-larla Ukrayna-Rumıniya sərhədində yerləşən “Orlovka” beynəlxalq bərə keçid məntəqəsininə zərbələr endirib. Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Hücum zamanı keçid məntəqəsinin binasına və ərazisinə zərbələr endirilib, yanğınlar baş verib.
Hazırda sərnişin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi dayandırılıb.
Nəqliyyat vasitələri digər keçid məntəqələrinə yönləndirilir.
Davamı “Qırmızı masa”da: