
“Rusların yaşadığı şəhərlər, mərkəzi şəhərlər o qədər də ciddi şəkildə səfərbərlik təzyiqlərinə məruz qalmır. Bu prosesdə daha çox qeyri-ruslar savaşa göndərilir. Bu hal təbii ki, Rusiyada narazılıq yaradır və zaman getdikcə etiraz edənlərin sayı daha çox olacaq”.
Primeinfo.az xəbər verir ki, bu sözləri hüquqşünas, siyasətçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibənin heç olmasa minimum məqsədə – bütün Donbass bölgəsinin işğalına nail olunmadan bitməsini şəxsi təhlükəsizliyi üçün birbaşa hədə hesab edir.
Bu barədə “The Economist” nəşri məlumat yayıb. Bildirilib ki, müharibənin gedişində Putin yaxın ətrafına “Onlar məni asacaqlar” deyərək narahatlığını ifadə edib. Cəbhədə yaranan dalana dirənmə fonunda Rusiya lideri gərginliyi artırmaq qərarına gəlib və 300-400 min nəfərlik yeni hərbi səfərbərlik dalğasına hazırlaşır.
Davamı “Qırmızı masa”da: