
Türkiyənin qadınlardan ibarət voleybol yığması 2026-cı il Avropa çempionatının qalibi olub.
Primeinfo.az xəbər verir ki, Daniele Santarellinin rəhbərlik etdiyi “Filenin Sultanları” İstanbulda keçirilən final qarşılaşmasında İtaliya yığmasını 3:2 (16:25, 25:22, 12:25, 25:21, 15:10) hesabı ilə məğlub edib.
İtaliya ilk seti 25:16 hesabı ilə öz xeyrinə başa vurub. Türkiyə ikinci setdə 25:22 hesabı ilə qalib gələrək tarazlığı bərpa edib.
Üçüncü setdə İtaliya 25:12 hesabı ilə üstün olub. Türkiyə dördüncü seti 25:21 hesabı ilə qazanaraq görüşü tay-brekə daşıyıb.
Həlledici setdə üstün oyun nümayiş etdirən Türkiyə 15:10 hesabı ilə qalib gəlib və yekunda matçı 3:2 hesabı ilə başa vurub.
Beləliklə, Türkiyə ardıcıl ikinci dəfə Avropa çempionu adını qazanıb.
İtaliya – Türkiyə: 2-3
Setlər: 25-16, 22-25, 25-12, 21-25, 10-15
Müddət: 122 dəqiqə
Türkiyə: Eda, Elif, İlkin, Zehra, Vargas, Hande, Gizem (L), Saliha, Derya, Cansu, Eylül, Yaprak.
İtaliya: Orro, Antropova, Danesi, Egonu, Sylla, Fahr, Fersino (L), Spirito, Cambi, Adigwe, Giovannini.
Final qarşılaşmasını Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ, İstanbul valisi Davut Gül və digər yüksək vəzifəli şəxslər tribunadan izləyiblər.
Türkiyə pley-off mərhələsində 1/8 finalda Azərbaycanı 3:0, 1/4 finalda Almaniyanı 3:1, yarımfinalda isə Serbiyanı 3:0 hesabı ilə məğlub edib.
İtaliya isə finaladək turnirdə keçirdiyi bütün səkkiz oyunda qalib gəlib. Türkiyə həlledici görüşdə rəqibinin məğlubiyyətsiz seriyasına son qoyub.
Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına Azərbaycan ev sahibliyi edib.

















