Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanın minifutbol millisi Avropa çempionu olub - VİDEO

04.06.2026 23:36

Azərbaycanın minifutbol millisi Avropa çempionu olub - VİDEO

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.

Primeinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukraynanı məğlub edib.

“Tipos Arena”da keçirilən oyun 2:0 hesabı ilə bitib.

Komandanın qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıb.

Beləliklə, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Komanda daha əvvəl 2022-ci ildə titula sahib çıxıb.

Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib – 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.

Paylaş: