Xəbər axtarın

Son axtarış nəticələri:

DÇ-2028: Azərbaycan millisi bu gün Çexiya ilə qarşılaşacaq

16.10.2026 14:49

DÇ-2028: Azərbaycan millisi bu gün Çexiya ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan millisi bu gün Dünya Çempionatının (DÇ) 2028-in əsas mərhələsində ilk matçını keçirəcək.

Primeinfo.az xəbər verir ki, yığma Çexiyanın Fridek-Mistek şəhərindəki “Hala Polarka” İdman Arenasında meydan sahibləri ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüşü İngiltərədən Peter Nurse, Uelsdən Valentin Siuplea və Şotlandiyadan Dunkan Maklulliç idarə edəcəklər.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 5-də Bakıda Çexiyanı qəbul edəcək. Yığma noyabrın 8-də Latviyanı evdə, 2027-ci il fevralın 27-də isə səfərdə eyni rəqibi ilə qarşılaşacaq.

Paylaş: