Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az-ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Şərur rayonunda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Gümüşlü kəndində qeydə alınıb. Belə ki, 1954-cü il təvəllüdlü Yusif Əliyev idarə etdiyi “MAZ” markalı yük avtomobilini geriyə sürərkən 1950-ci il təvəllüdlü İsmayılova Leyla Hüseyn qızını vurub.
Oğuzda “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var. Primeinfo.az xəbər verir ki,hadisə rayonun Böyük Söyüdlü kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində avtomobilin sürücüsü rayonun Dəymədağlı kənd sakini, 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, iki nəfər isə xəsarət alıb.
Babək rayonu ərazisində baş verən qəzada ana və övladları xəsarət alıb. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Badaşqan və Yarımca kəndlərinin kəsişməsində baş verib. Belə ki, “VAZ 2107” markalı avtomobillə “KIA” markalı avtomobil toqquşub.
Göyçay rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb. Hərəkətdə olan yük avtomobilinin minik maşını ilə toqquşması nəticəsində xəsarət alan dörd nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində 31 yaşlı Abbasov Elnur Mehdi oğlu idarə etdiyi motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib və “Vaz-2107” markalı minik avtomobilinə çırpılıb. E.Abbasov özünü xilas etmək məqsədi ilə asfalt örtüyünə tullanıb, bu zaman H.Osmanovun idatə etdiyi “Ford Transit” markalı avtomobilin altında qalaraq ölüb.
İranın Sistan və Bəlucistan vilayətində ağır yol qəzası baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Qeyd edilib ki, hadisə nəticəsində 9 nəfər ölüb, 7 nəfər yaralanıb.
Quba rayonunda avtomobil Hindistandan olan turisti vuraraq öldürüb. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Caqacuq kəndi yaxınlığında baş verib. Bildirilib ki, Hindistan vətəndaşı, 1985-ci il təvəllüdlü Mansur Xanı avtomobil vurub.
Naxçıvan-Sədərək magistralında ağır yol qəzası baş verib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı “Hunday” markalı avtomobillə “Mersedes” toqquşub. Qəza zamanı 2 nəfər müxtəlif bədən xəsarəti alıb.
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə gecə 00:32 radələrində Mərdəkan şossesində qeydə alınıb. Belə ki, 90 TK 444 dövlət qeydiyyat nişanlı “Rənc Rover”i idarə edən sürücü 1978-ci il təvəllüdlü Ramin Hüseynovu vurub.