Şirvanda ağır yol qəzası - ölən və yaralananlar var
Bu gün axşam saatlarında Şirvan şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, “Kia” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü Miri Abbasov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, eləcə də digər nəqliyyat vasitəsinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.