Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi “İnstagram” hesabında “Təmiz Dünya” sığınacağından paylaşım edib. Primeinfo.az həmin paylaşımı təqdim edir: Посмотреть эту публикацию в Instagram Публикация от Arzu Aliyeva (@arzu.aliyeva.official)
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi “Instagram” hesabında 2 saylı uşaq evində keçirilən bayram tədbirindən paylaşım edib. Primeinfo.az həmin paylaşımı təqdim edir: Посмотреть эту публикацию в Instagram Публикация от Arzu Aliyeva (@arzu.aliyeva.official)
Dekabrın 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun və Bakı Media Mərkəzinin birgə layihəsidir. Primeinfo.az xəbər verir ki, filmin təqdimatında Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak edib.
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi “Instagram” hesabında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. Primeinfo.az paylaşımı təqdim edir: Посмотреть эту публикацию в Instagram Публикация от Arzu Aliyeva (@arzu.aliyeva.official)
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərinə səfər ediblər.
Arzu Əliyeva Xanbulanın möhtəşəm görüntülərini paylaşdı
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Milli İncəsənət Muzeyində olublar. Primeinfo.az xəbər verir ki, Arzu Əliyeva rəsmi instaqram səhifəsində muzeydən fotolar paylaşıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda “Citrus Valley” fermer təsərrüfatına baxış keçiriblər. Primeinfo.az-ın məlumatına görə, təsərrüfatın sahibi Rəftarə Şükürova məlumat verib ki, Azərbaycanın ilk aqro-qastro-eko turizm məkanlarından biri olan “Citrus Valley” yalnız 2024-cü il ərzində 15 mindən çox turist qəbul edib. Burada qonaqlar üçün kənd təsərrüfatı proseslərini, xüsusilə meyvə yığımını izləmək, yerli mətbəxin təamlarını dadmaq və onların hazırlanmasını öyrənmək üçün ustad dərslərində iştirak etmək, eləcə də ətraf mühitlə yaxından tanış olmaq imkanı mövcuddur.
Lənkəran şəhər Osman Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin yerləşdiyi bina Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Noyabrın 21-də uşaq evinin binasının təmirdən sonra açılışı olub. Primeinfo.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər. Primeinfo.az xəbər verir ki, görüş zamanı Aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun xatirəsi ehtiramla yad edilib, onun Vətən uğrunda xidmətləri, hərbçi kimi yüksək peşəkarlıq, şücaət və mərdlik göstərməsi barədə danışılıb. Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinə baxış keçiriblər.