Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: avtomobil

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb. Primeinfo.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dekabrın 7-də bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Avtomobildən 6500 manat oğurlandı: Şübhəli şəxs həbs edildi

Avtomobildən 6500 manat oğurlandı: Şübhəli şəxs həbs edildi

Nəsimi rayonu ərazisində gecə saatlarında naməlum şəxs yaşayış binasının həyətindəki “Mersedes” markalı avtomobildən 6500 manat pul oğurlayıb. DİN-dən Primeinfo.az-a verilən məlumata görə, avtomobil sahibi bu barədə polisə müraciət edib. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı F.Həsənov müəyyən olunaraq saxlanılıb.

Bakıda otelin qarajında iki maşın yandı

Bakıda otelin qarajında iki maşın yandı

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Primeinfo.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 400 m² olan ikimərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən qarajda “BMW” markalı minik avtomobilinin salon hissəsi və “Volkswagen” markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər avtomobillər və otel binası yanğından mühafizə olunub.

Azərbaycanda 40 avtomobil hərrac vasitəsi ilə satılıb

Azərbaycanda 40 avtomobil hərrac vasitəsi ilə satılıb

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 40 nəqliyyat vasitəsi satılıb. Primeinfo.az bu barədə quruma istinadən xəbər verir. Hərraca çıxarılan nəqliyyat vasitələrinin biri Maliyyə Nazirliyinə, 39-u isə Müdafiə Nazirliyinə məxsusdur.

Sükan arxasında yorğun sürücü təhlükədir! - DYP-dən XƏBƏRDARLIQ

Sükan arxasında yorğun sürücü təhlükədir! - DYP-dən XƏBƏRDARLIQ

Sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi yol qəzalarının əsas səbəblərindən biridir. Təqdim olunan videogörüntülər bir daha deməyə əsas verir ki, belə hallar dəfələrlə neçə-neçə insanın həyatına son qoyan ağır yol-nəqliyyat hadisələri ilə nəticələnib. Bu barədə Primeinfo.az-a DİN-in Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Dövlətə məxsus avtomobillər yenidən hərraca çıxarılır

Dövlətə məxsus avtomobillər yenidən hərraca çıxarılır

Yanvarın 27-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək. Primeinfo.az bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq.

Qaxda qəza olub- XƏSARƏT ALAN VAR

Qaxda qəza olub- XƏSARƏT ALAN VAR

Qaxda “BMW” markalı minik avtomobili aşıb, xəsarət alan var. Primeinfo.az, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib. Rayonun Turaclı kənd sakini 1987-ci il təvəllüdlü Anar Yasin oğlu Ələkbərov idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yoldan çıxaraq aşıb.

Oğurladığı avtomobillə taksiçilik edən sürücü saxlanıldı

Oğurladığı avtomobillə taksiçilik edən sürücü saxlanıldı

Qaçırdığı avtomobillə taksi fəaliyyəti göstərən sürücü saxlanılıb. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 27-də paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bildirib ki, işdə olduğu vaxtda yaxın ərazidə saxladığı ona məxsus “Azsamand” markalı avtomobil qaçırılıb.

Bakıda yanan maşın söndürülüb - FOTO - YENİLƏNİB

Bakıda yanan maşın söndürülüb - FOTO - YENİLƏNİB

Bakının mərkəzi prospektində avtomobil yanır. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, Nərimanov rayonu, Heydər Əliyev prospekti, əsas yolda avtomobillərin birində yanğın baş verib.

Azərbaycanda avtomobil nömrələrində defis işarəsi ləğv edildi - AÇIQLAMA

Azərbaycanda avtomobil nömrələrində defis işarəsi ləğv edildi - AÇIQLAMA

Yeni qəbul edilmiş AZS 599:2025 dövlət standartına əsasən, bundan sonra Azərbaycanda nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında defis işarəsi tətbiq edilməyəcək. Primeinfo.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev açıqlayıb ki, bu dəyişiklik yalnız yeni hazırlanacaq nömrə nişanlarına aiddir. Hazırda vətəndaşların istifadə etdiyi köhnə nömrələr etibarlıdır və onların dəyişdirilməsinə ehtiyac yoxdur.