Paytaxtın Binəqədi rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, naməlum şəxs “Toyota” markalı avtomobilin qapısının açıq olmasından istifadə edərək orada olan 3 min manat dəyərində mobil telefonu oğurlayıb. Polisin keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum edilmiş 47 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Quba rayonunda avtomobil Hindistandan olan turisti vuraraq öldürüb. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Caqacuq kəndi yaxınlığında baş verib. Bildirilib ki, Hindistan vətəndaşı, 1985-ci il təvəllüdlü Mansur Xanı avtomobil vurub.
Azərbaycanda yeni “Bugatti Chiron Pur Sport” model avtomobil satılır. Primeinfo.az oxu.az-a istinadən xəbər verir ki, elan saytında avtomobil alıcılara 4 444 444 ABŞ dollarına – təqribən 7 555 554 manata təklif edilir. 2023-cü il istehsallı maşının mühərrikinin həcmi 8 litrdir.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3280 ədəd minik avtomobili, 273 ədəd isə yük avtomobili istehsal edilib. Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 26%, yük avtomobili istehsalı isə 31.6% azalıb. Qeyd edək ki, cari ilin noyabr ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 168 ədəd minik, 24 ədəd isə yük avtomobili təşkil edib.
Gələn ildən elektrik mühərrikli avtomobillər əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək.
Gələn il Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı planlaşdırılmır. Primeinfo.az xəbər verir ki, bu, 2026-cı il üçün dövlət büdcəsi zərfində əksini tapıb. Sənədə əsasən, 2026-cı ildə aksizlər üzrə daxilolmalar 1 milyard 584 milyon manat səviyyəsində nəzərdə tutulur.
Yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementlərinin tətbiqi nəzərdə tutulmur. Baş Dövlət Yol Polisi İdarəsindən Primeinfo.az-a verilən məlumata görə, çiplər vaxtilə nəqliyyat vasitələrinə dair məlumatların elektron qaydada ötürülməsi və identifikasiyası məqsədilə nəzərdə tutulsa da, Mərkəzi İnformasiya Sisteminin yenilənməsi, eləcə də müasir radar, kamera və nömrə tanıma sistemlərinin təkmilləşdirilməsi nəticəsində bu funksionallıq artıq daha səmərəli və müasir texnoloji üsullarla həyata keçirildiyindən çiplərin tətbiqinə zərurət qalmayıb. Hazırda təqdim edilən dövlət qeydiyyat nişanları bütün texniki, təhlükəsizlik və keyfiyyət standartlarına tam cavab verir.
Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması üzərində iş aparır. Bunu Türkiyə Sığorta Birliyinin baş katibi Özgür Obalı bildirib. O
Qaz avadanlığı ilə təchiz olunmuş avtomobillər ciddi təhlükə mənbəyidir. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib. Müraciətdə qeyd olunub ki, benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır: “Qanunvericiliyə əsasən, bu avadanlıqlar yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi-tədqiqat institutunun rəyi əsasında və ixtisaslaşmış servislərdə quraşdırıla bilər.
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bildirilib ki, oktyabrın 6-da gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-800 metrədək məhdudlaşacağı gözlənilir.