Xəbər axtarın

Son axtarış nəticələri:

DİN-dən maşının üzərinə uzanan qadınla bağlı AÇIQLAMA - VİDEO

09.06.2026 14:05

DİN-dən maşının üzərinə uzanan qadınla bağlı AÇIQLAMA - VİDEO

Paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.

Primeinfo.az-ın xəbərinə görə, araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.

Onun sağlamlıq vəziyyəti nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bu gün Nəsimi rayonu ərazisində – Azadlıq prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsinin yaxınlığında ayaqyalın gəzən qadın hərəkətdə olan “BYD” markalı avtomobilin üzərinə uzanıb.

Nəqliyyatın intensiv hərəkət etdiyi vaxt piyadanın törətdiyi əməl narazılığa səbəb olub və sıxlıq yaranıb.

Onun hansı səbəbdən maşının üzərində uzanaraq hərəkətə maneə törətdiyi bilinməyib.

Paylaş: