
Hacıqabul rayonu ərazisində yaşlı kişi qadın turistə qarşı qeyri-etik hərəkətlər edib.
Primeinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Turistlərin müraciəti əsasında polis əməkdaşları hadisə yerinə yaxınlaşıblar.
Onların iştirakı ilə araşdırma aparılıb, 66 yaşlı təqsirkar şəxs barəsində inzibati məsuliyyət tədbirləri görülüb.
Turistlərin əlavə şikayəti olmayıb və onlar müraciətlərinə operativ reaksiya göstərildiyinə görə polis əməkdaşlarına təşəkkür ediblər.