Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: avtomobil

Bakıda avtomobil yandı - VİDEO

Bakıda avtomobil yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək ağaclıq sahəyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

DYP “Son zəng”lə bağlı avtomobil şirkətlərinə MÜRACİƏT etdi

DYP “Son zəng”lə bağlı avtomobil şirkətlərinə MÜRACİƏT etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır. Bu barədə Primeinfo.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, bəzi hallarda məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədilə müxtəlif nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd edir, nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinin zidd olmaqla yanaşı, onların və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqları baxımından olduqca təhlükəlidir.

DİN-dən maşının üzərinə uzanan qadınla bağlı AÇIQLAMA - VİDEO

DİN-dən maşının üzərinə uzanan qadınla bağlı AÇIQLAMA - VİDEO

Paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub. Primeinfo.az-ın xəbərinə görə, araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb. Onun sağlamlıq vəziyyəti nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Şərur rayonunda vətəndaş avtomobilini yandırdı - VİDEO

Şərur rayonunda vətəndaş avtomobilini yandırdı - VİDEO

Şərur rayonunda yandırılan avtomobilin görüntüsü yayılıb. Primeinfo.az xəbər verir ki, görüntünü jurnalist Heydər Oğuz öz sosial şəbəkə hesabında paylaşıb. O əlavə edib ki, Şərur rayonunun icra başçısının özbaşınalığından təngə gələn vətəndaş avtomobilinə od vurub yandırdı

"Ford" 119 mindən çox avtomobilini geri çağırır

"Ford" 119 mindən çox avtomobilini geri çağırır

ABŞ-nin “Ford” şirkəti 119 075 avtomobil geri çağırılır. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli Yol Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb. Məlumata görə, səbəb mühərrik blokunun qızdırıcısının çatlayaraq soyuducu maye sızdırma ehtimalıdır ki, bu da qısa qapanmaya və qızdırıcı qoşulduqda yanğın riskinin artmasına səbəb ola bilər.

Bu ölkələrdə elektrikli avtomobil satışları artıb

Bu ölkələrdə elektrikli avtomobil satışları artıb

İsveçin “Volvo Cars” şirkəti 2023-cü ilin dekabr ayında satışlarının 2% artaraq 75.049 avtomobilə çatdığını açıqlayıb. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, artım əsasən Avropa və ABŞ-də tam elektrikli modellərə tələbatın yüksəlməsi ilə əlaqələndirilir. Şirkət dekabrda tam elektrikli avtomobil satışlarının illik müqayisədə 28% artdığını, bu göstəricinin Avropada 33%, ABŞ-da isə 43% təşkil etdiyini bildirib.

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Ölkənin avtomobil yollarında vəziyyət açıqlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, dekabrın 21-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var.

Bakıda avtomobil yandı - VİDEO

Bakıda avtomobil yandı - VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində avtomobildə yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Avtomobillə mikroavtobus toqquşub, xəsarət alanlar var

Avtomobillə mikroavtobus toqquşub, xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, rayon ərazisində “Niva” markalı minik maşını ilə “Mercedes” markalı mikroavtobus toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb