Azərbaycan və Serbiya respublikaları Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib. Bu barədə Primeinfo.az-a Nazirlikdən məlumt verilib. Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda keçirilmiş görüş zamanı nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi zamanı qazanılan təcrübədən bəhs edən “Münaqişənin geosiyasi aspektləri” mövzusunda brifinq təqdim olunub.
Bakıda Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq sahəsində Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib. Primeinfo.az xəbər verir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Fərid Əliyevin və Serbiyanin Müdafiə Texnologiyaları İdarəsinin rəisi general-mayor Slavko Rakicin rəhbərlik etdiyi nümayəndə heyətləri görüşüb. İclasın növbəti mərhələsində müxtəlif xidmət sahələrini təmsil edən altqruplarda “Rəqəmsal Ordu”, süni intellekt, kibertəhlükəsizlik, hava hücumundan müdafiə və insansız sistemlər sahələrində, həmçinin birgə təlim və məşqlərin təşkilinə dair müzakirələr aparılıb.
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, kibertəhlükəsizlik üzrə əməkdaşlıq müzakirə olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir HəsənovunSerbiyaya rəsmi səfəri davam edir. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, səfər çərçivəsində Serbiya Respublikasının Prezidenti cənab Aleksandr Vuçiç Azərbaycan nümayəndə heyətini qəbul edib. Azərbaycan Respublikasının Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyada rəsmi səfərdədir. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfərin proqramına əsasən, Zakir Həsənov Serbiyanın müdafiə naziri Bratislav Qaşiç ilə görüşüb.
İyunun 8-də Azərbaycan Turizm Bürosu tərəfindən Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycanı ilboyu cəlbedici turizm istiqaməti kimi tanıtmaq məqsədilə tədbir təşkil olunub. Primeinfo.az-a bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev, Serbiya Respublikasının Turizm və Gənclər Nazirliyinin dövlət katibi Nikola Miyayloviç, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) nümayəndələri, eləcə də hər iki ölkənin turizm sənayesi və media nümayəndələri iştirak ediblər.
“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş” təsdiq edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Aleksandar Vuçiç: “İlham Əliyevə böyük hörmət və heyranlıq duyuram”
“Air Serbia”nın Belqrad və Bakı arasında birbaşa uçuşları başlayıb. “Air Serbia” bu gün rəsmi olaraq Belqrad ilə Bakı arasında birbaşa aviareysi istifadəyə verib. Primeinfo.az xəbər verir ki, məlumata görə, uçuşlar həftədə iki dəfə – Belqraddan uçuşlar çərşənbə və bazar günləri, Bakıdan isə cümə axşamı və bazar günləri üçün planlaşdırılıb.
Serbiya Prezidenti Aleksandar Vuçiç aprelin 19-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.