
Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Zamin Məmməd oğlu Əliyev Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.
Digər Sərəncamla Zamin Əliyev Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu təyin edilib.
Primeinfo.az Zamin Əliyevin tərcümeyi-halını təqdim edir:
Zamin Məmməd oğlu Əliyev 8 oktyabr 1979-cu ildə Ağdam rayonunda anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bakalavr pilləsini, 2002-ci ildə magistraturasını bitirib.
2001-2005-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Birinci qərb ərazi idarəsinin referenti, attaşesi olub.
2005-2008-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin attaşesi, üçüncü katibi işləyib.
2008-2011-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin üçüncü katibi, ikinci katibi vəzifələrini tutub.
2011-2017-ci illərdə Türk Dövlətləri Təşkilatının layihə direktoru olub.
2017-2024-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində birinci katib, şöbə müdiri, rəis müavini işləyib.
18 noyabr 2024-cü il tarixində Qarsa baş konsul göndərilib.
Türk, ingilis və rus dillərini bilir.