
“Naxçıvan Ali Məclisinə şortda kim gəlib? Mən bir neçə dəfə o binada olmuşam. İçəri girən kimi mərhum prezident Heydər Əliyevin büstü var. Yəni, ora dövlət binasıdır, parlamentdir. Həmin binaya necə şortla girmək olar?”
Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” platformasında bildirib.
O, jurnalist həmkarı Tural Səfərlə söhbətində Naxçıvan Ali Məclisinə şortda gələn şəxsin kimliyinə aydınlıq gətirib.
Onlar həmçinin Naxçıvana səfərləri zamanı rastlaşdıqları problemləri də işıqlandırıblar.
Qeyd edək ki, “şortik qalmaqalı”na səbəb bir müddət Naxçıvan Ali Məclisinin sədr səlahiyyətlərini icra edən Anar İbrahimovun sosial şəbəkədə yazdığı status olub.
“Yaxşı xatırlayıram, Ali Məclisə qısa müddət rəhbərlik etdiyim dövrdə bir gün foyedə, Ulu Öndərin büstünün qarşısında yay şortunda və şapşaplarla gəzən birini gördüm. Saxlayıb soruşdum ki, bu nə rəzalətdir, bu nə görkəmdir?! Bura dövlət idarəsidir, parlamentdir! Hər şeyi bir kənara qoyaq, bu binada Heydər Əliyev işləyib, Naxçıvanı qoruyub, camaat buranı özünə ümid yeri bilib”, – deyə o bildirib.
Ətraflı “Qırmızı masa”da: