
“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı–Maskat aviareysinin açılmasını planlaşdırır.
Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfirliyinin məlumatında bildirilib.
AZAL Oman Sultanlığının paytaxtı Maskatda Bakı–Maskat çarter reysinin təqdimat mərasimini keçirib. Tədbirdə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov da iştirak edib.
Mərasimdə çıxış edən diplomat yeni aviareysin Azərbaycan və Oman arasında turizm, biznes və insanlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəyini qeyd edib.
Yeni marşrutun iki ölkə arasında əməkdaşlığın inkişafına əlavə imkanlar yaradacağı vurğulanıb.
🇦🇿✈️🇴🇲 Muskat şəhərində AZAL-ın Muskat–Bakı çarter reysinin təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov yeni reysin turizm, biznes və insanlararası əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdır.#AZAL #baku #muscat pic.twitter.com/80xrlBytCc
— AzEmbassyOman (@AzEmbassyOman) June 10, 2026