Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-Türkiyə

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb - FOTO

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin direktorunun müşaviri Bora Bayraktar və Anadolu Agentliyinin vitse-prezidenti, baş redaktoru Yusuf Özhanla görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə qonaqlar Şuşa Qlobal Media Forumuna dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildiriblər. Hikmət Hacıyev Azərbaycan ilə Türkiyə arasında media sahəsində əməkdaşlıq platformasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın müxtəlif aspektlərinə toxunub.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib - FOTO

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib - FOTO

İyulun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Agentliyinin sədr müavini Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, görüşdə müdafiə naziri ölkələrimiz arasında həyata keçirilən birgə hərbi sənaye layihələrinin ordularımızın müdafiə qüdrətini daha da artıracağından əminliyini ifadə edib. Göstərilən qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirən cənab M.M.Şeker bu cür görüşlərin qardaş ölkə ilə mövcud hərbi əməkdaşlığın genişləndirilməsində xüsusi rol oynadığını vurğulayıb.

Kurtulmuş: "TBMM Azərbaycanla hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Memorandumu təsdiqləyəcək"

Kurtulmuş: "TBMM Azərbaycanla hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Memorandumu təsdiqləyəcək"

Türkiyə Böyük Millət Məclisi “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nu təsdiqləyəcək. Primeinfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında TBMM sədri Numan Kurtulmuş bildirib. O deyib ki, imzalanan beynəlxalq sənədlər planlaşdırılan qrafikə uyğun olaraq müzakirəyə çıxarılaraq ratifikasiya edilir: “İmzalanan beynəlxalq sənədlər mütləq TBMM-də qəbul edilir və qüvvəyə minir”.