Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-Türkiyə

Cövdət Yılmaz: "Can Azərbaycan vacib dostumuz və müttəfiqimizdir"

Cövdət Yılmaz: "Can Azərbaycan vacib dostumuz və müttəfiqimizdir"

“Can Azərbaycanla “iki dövlət, bir millət”ik, Azərbaycan çox vacib dostumuz və müttəfiqimizdir”. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz Bakıda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, siyasi əlaqələr yüksək şəkildə inkişaf edib, eyni zamanda, iqtisadi əlaqələr artmaqdadır: “Bu gün Bakıda Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasını da keçirəcəyik.

Parlament Azərbaycan və Türkiyə arasında təhsillə əlaqədar əlavə protokolları təsdiqləyəcək

Parlament Azərbaycan və Türkiyə arasında təhsillə əlaqədar əlavə protokolları təsdiqləyəcək

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində və peşə təhsili sahəsində əməkdaşlıqla bağlı əlavə protokollar təsdiq olunacaq. Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin 23 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. Beləliklə, aşağıdakı əlavə protokollar təsdiqlənəcək: – Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

Azərbaycan və Türkiyə diaspor sahəsində əməkdaşlığı müzakirə edib - FOTO

Azərbaycan və Türkiyə diaspor sahəsində əməkdaşlığı müzakirə edib - FOTO

Azərbaycanla Türkiyə arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Komitədən bildirilib. Məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəisi vəzifəsini müvəqqəti icra edən Abdulhadi Turusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hakan Fidan: "Türkiyə Cənubi Qafqazda dayanıqlı sülh üçün çalışır"  

Hakan Fidan: "Türkiyə Cənubi Qafqazda dayanıqlı sülh üçün çalışır"  

Türkiyə Azərbaycanla münasibətlərini koordinasiya və həmrəylik prinsipləri üzərində formalaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkə parlamentində çıxışı zamanı deyib. Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli platformalarda inkişaf etməkdədir.

“Türkiyə gəmisinə və Azərbaycan səfirliyinə hücumlar bir-biri ilə bağlıdır” - VİDEO

“Türkiyə gəmisinə və Azərbaycan səfirliyinə hücumlar bir-biri ilə bağlıdır” - VİDEO

“Türkiyə gəmisinə edilən hücum və Azərbaycan səfirliyinin hədəf alınması arasında əlaqə var və bu hadisələr təsadüfi deyil”. Primeinfo.az xəbər verir ki, bunu ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində deyib. O, bu hücumların regiondakı geosiyasi proseslərlə bağlı olduğunu bildirib.