Bakıda Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 16-cı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası işə başlayıb.
Azərbaycanla Türkiyə arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Komitədən bildirilib. Məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəisi vəzifəsini müvəqqəti icra edən Abdulhadi Turusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Türkiyənin ticarət naziri Ömer Bolat Azərbaycana səfər edəcək.
Türkiyə Azərbaycanla hərbi əməkdaşlıq sahəsində əhəmiyyətli irəliləyişə nail olub.
Türkiyə Azərbaycanla münasibətlərini koordinasiya və həmrəylik prinsipləri üzərində formalaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkə parlamentində çıxışı zamanı deyib. Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli platformalarda inkişaf etməkdədir.
“Türkiyə gəmisinə edilən hücum və Azərbaycan səfirliyinin hədəf alınması arasında əlaqə var və bu hadisələr təsadüfi deyil”. Primeinfo.az xəbər verir ki, bunu ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində deyib. O, bu hücumların regiondakı geosiyasi proseslərlə bağlı olduğunu bildirib.
Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetində “Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirilib. Primeinfo.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov kitabın əhəmiyyətindən danışıb. O bildirib ki, “İRS” nəşriyyatının nəşr etdiyi bu kitab tarixi əhəmiyyət daşıyır və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq.
“Azərbaycan daim sülhü, birliyi və həmrəyliyi müdafiə edən bir dövlətdir. Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması təsadüfi deyil. Bu il həm tarixi köklərimizə, həm dövlətçilik iradəmizə, həm də azadlıq dəyərlərimizə dərin ehtiramın göstəricisidir”.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin üzvü, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticini qəbul edib. Bu barədə Primeinfo.az Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.
Türkiyə və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir. Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Avrasiya Gənc İş Adamları Forumunda deyib. “Şuşa Bəyannaməsindən sonra mütəffiqlik əlaqələrimiz daha da genişlənib.