Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azərbaycan

Azərbaycandan Hindistana ixrac olunan neftin həcmi məlum oldu

Azərbaycandan Hindistana ixrac olunan neftin həcmi məlum oldu

2025-ci ildə Azərbaycandan Hindistana 167,3 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 335 min ton xam neft və neft məhsulları ixrac olunub. Primeinfo.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 562,5 milyon ABŞ dolları və ya 77 faiz, həcm baxımından isə 834 min ton və ya 71,3 faiz azalıb.

Azərbaycanla Aİ iqtisadi əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanla Aİ iqtisadi əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında iqtisadi əlaqələrin inkişafı və mövcud potensialın reallaşdırılması məsələləri müzakirə olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib. “Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüş keçirdik.

İran Azərbaycandan elektrik enerjisi alışını artırıb

İran Azərbaycandan elektrik enerjisi alışını artırıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan İran İslam Respublikasına təqribən 34,453 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Primeinfo.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 979 min ABŞ dolları olub. İrana elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 806 min kVt/saat və ya 2,4%, dəyər ifadəsi ilə 23 min ABŞ dolları, yaxud 2,4% artıb.

Tramp Davosda Azərbaycandan da danışdı

Tramp Davosda Azərbaycandan da danışdı

ABŞ Prezidenti Donald Tramp Davosda Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıb. Primeinfo.az-ın məlumatına görə, o, Dünya İqtisadi Forumunda çıxışı zamanı Rusiya Prezidentinin Azərbaycan və Ermənistanla bağlı ona zəng etdiyini deyib: “Putin mənə dedi: Mən inana bilmirəm ki , siz 35 ilə yaxın davam edən münaqişəni həll etmisiniz”,-deyə Tramp vurğulayıb.

Azərbaycan Rusiyadan elektrik enerjisi alışını artırıb

Azərbaycan Rusiyadan elektrik enerjisi alışını artırıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Rusiyaya təqribən 98,2 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Primeinfo.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 4,2 milyon ABŞ dolları olub. Rusiyaya elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 55,4 milyon kVt/saat və ya 1,6 dəfə, dəyər ifadəsi ilə 3,8 milyon ABŞ dolları, yaxud 1,9 dəfə azalıb.