Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azərbaycan

Azərbaycan bu ölkənin iqtisadiyyatına investisiyaları artırıb

Azərbaycan bu ölkənin iqtisadiyyatına investisiyaları artırıb

Cari ilin yanvar–sentyabr aylarında Azərbaycanın Fransanın iqtisadiyyatına yönəltdiyi birbaşa xarici investisiyaların həcmi 24,4 milyon ABŞ dolları təşkil edib. Primeinfo.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 milyon ABŞ dolları və ya 51,6 faiz çoxdur.

Azərbaycanın bölgələrinə qar yağıb, 12 dərəcə şaxta olub - VİDEO

Azərbaycanın bölgələrinə qar yağıb, 12 dərəcə şaxta olub - VİDEO

  Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində qarlı və küləkli hava şəraiti müşahidə olunub. Bildirilib ki, şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Şahdağda 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Yardımlıda 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.

ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib

ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib

ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib. Primeinfo.az xəbər verir ki, mətndə göstərilir ki, Azərbaycan Respublikası müstəqillik qazandığı gündən bu yana ABŞ və onun tərəfdaşları üçün möhkəm müttəfiq olaraq qalıb, müharibə və sülh dövründə mühüm əməkdaşlıq həyata keçirib. Qeyd olunur ki, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet olduğunu açıq şəkildə nümayiş etdirib və müvafiq sərhədlər, ərazi bütövlüyü Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılan sülh sazişi ilə təsbit olunub.

Azərbaycan daha bir ölkə ilə hərbi təlim keçirəcək

Azərbaycan daha bir ölkə ilə hərbi təlim keçirəcək

Azərbaycan Ordusunun və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Sülh Qalxanı – 2026” təliminin dekabrın 25-də Bakıda əsas planlama konfransı olub. Primeinfo.az xəbər verir ki, Müdafiə Nazirliyində təşkil edilən tədbirdə hər iki ölkənin hərbi nümayəndə heyəti 2026-cı ilin fevral ayında BƏƏ-də keçiriləcək təlimin məqsədi, mərhələlər üzrə yerinə yetiriləcək fəaliyyətlər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. “Sülh Qalxanı – 2026” təlimində icra olunacaq tapşırıqlarla bağlı brifinqlər təqdim olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Roma Papasının Azərbaycana səfəri gündəlikdədir

Roma Papasının Azərbaycana səfəri gündəlikdədir

Roma Papası XIV Leonun Azərbaycana səfəri məsələsi gündəlikdədir. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda katolik kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete bildirib. Din xadimi səfərin gələn il reallaşacağı ehtimalının az olduğunu bildirib.

Azərbaycanla Britaniya arasında ticarət dövriyyəsi artıb

Azərbaycanla Britaniya arasında ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 1,040 milyard ABŞ dolları təşkil edib. Primeinfo.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 399,5 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur.