İyunun 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Bulvarında keçirilən “CandyFest” yay festivalını ziyarət ediblər. Primeinfo.az xəbər verir ki, əvvəlcə qonaqlara festival barədə ətraflı məlumat verilib. Bildirilib ki, iyunun 1-dən başlayan festival iyulun sonunadək davam edəcək.
Leyla Əliyeva və Arzu Əliyeva idman klubunda yaradılan şəraitlə tanış olublar.
İyunun 6-da Bakıda “Classics & Supercars” festivalı başlayıb. Primeinfo.az xəbər verir ki, iki gün davam edəcək festival Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçirilir. İki gün ərzində Bakı bulvarında klassik, superkar və idman avtomobilləri nümayiş olunacaq.
İyunun 6-7-də Bakıda klassik və sürət avtomobillərinin festivalı təşkil ediləcək. Primeinfo.az xəbər verir ki, “Classics & Supercars” festivalı Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçiriləcək. İki gün ərzində Bakı bulvarını müxtəlif illərə və ölkələrə aid klassik və sürət avtomobilləri bəzəyəcək.
Dənizkənarı Milli Park şəhər həyatının mədəni ritmini zənginləşdirəcək növbəti möhtəşəm tədbirə ev sahibliyinə hazırlaşır. Primeinfo.az xəbər verir ki, 24 aprel – 3 may tarixlərində burada ilk dəfə Caz və Şərab festivalı keçiriləcək. Festivalın əsas məqsədi yüksək keyfiyyətli caz musiqisini, zərif qastronomik təcrübələri və seçilmiş şərab istehsalçılarını bir məkanda birləşdirərək ziyarətçilərə fərqli və unudulmaz mühit təqdim etməkdir.