Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: hücum

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

İran XİN: ABŞ-ın hücumları 18 iyun memorandumunun pozulmasıdır.  Primeinfo.az xəbər verir ki , İran Xarici İşlər Nazirliyi ABŞ-ın bu gün axşam saatlarında ölkənin cənubundakı sahil nəzarəti obyektlərinə endirdiyi hava zərbələrini pisləyib və bunu BMT Nizamnaməsinin, eləcə də iyunun 18-də imzalanmış müharibənin dayandırılması haqqında memorandumun pozulması kimi qiymətləndirib. Nazirlik eyni zamanda İsrailin Livana eyni vaxtda həyata keçirdiyi hücumların da həmin razılaşmanın pozulması olduğunu bildirib.

Kiyevə HÜCUM: Lavra vuruldu - VİDEO

Kiyevə HÜCUM: Lavra vuruldu - VİDEO

Ukraynanın paytaxtı Kiyev son ayların ən ağır hava hücumlarından birini yaşayıb. Primeinfo.az Today Press-ə istinadən xəbər verir ki, bu barədə “The Kyiv İndependent” məlumat yayıb. Məlumat görə, Rusiya ordusunun gecə boyu həyata keçirdiyi raket və dron zərbələri nəticəsində Ukrayna paytaxtının bir çox rayonunda güclü partlayışlar, yanğınlar və dağıntılar qeydə alınıb.

Pezeşkian: İran ABŞ ilə dialoqu davam etdirəcək

Pezeşkian: İran ABŞ ilə dialoqu davam etdirəcək

İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailin Livana yenidən hücumları fonunda münaqişənin həlli ilə bağlı ABŞ ilə dialoqu davam etdirmək qərarına gəlib. Primeinfo.az  xəbər verir ki, bunu İran prezident Məsud Pezeşkian deyib. “Ali Milli Təhlükəsizlik Şurası danışıqların davam etdirilməli olduğu qənaətinə gəlib”, – o deyib.

Gəmidə həlak olan Azərbaycan vətəndaşlarının şəxsiyyəti məlum olub

Gəmidə həlak olan Azərbaycan vətəndaşlarının şəxsiyyəti məlum olub

Azov dənizində PUA-ların vurduğu gəmidə həlak olanlardan ikisinin şəxsiyyəti məlum olub. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Palau bayrağı altında üzən gəmiyə endirilən PUA zərbəsi nəticəsində Azərbaycan vətəndaşları Qismət Əliyev və Fuad Orucov həlak olublar. Qismət Əliyevin gəmidə böyük mexanik, Fuad Orucovun isə kapitan olduğu bildirilib.

PUA hücumundan sonra İtaliya bu ölkəyə qoşun GÖNDƏRİR

PUA hücumundan sonra İtaliya bu ölkəyə qoşun GÖNDƏRİR

İtaliya Silahlı Qüvvələri Rumıniyadakı hərbi mövcudluğunu gücləndirməyi planlaşdırır. Primeinfo.az xəbər verir ki, “La Repubblica” qəzetinin yaydığı məlumata görə, rumıniyalı hərbçilərin təlim proqramında iştirak etmək üçün bölgəyə təxminən 100 hərbi qulluqçu və bir neçə qırıcı təyyarə göndəriləcək. Hərbi əməliyyatın iyunun 15-də başlayacağı və ən azı bir ay davam edəcəyi gözlənilir.

Stavropol od içində

Stavropol od içində

Rusiyanın Stavropol diyarında yerləşən strateji kimya müəssisəsi – EuroChem holdinqinə daxil olan “Nevinnomıssk Azot” zavodunun növbəti dəfə pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı bildirilir. Primeinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları hücumu təsdiqləsə də, zavodun zərər görməsi barədə rəsmi məlumat verməyib. Stavropol diyarının qubernatoru Vladimir Vladimirov bildirib ki, hava hücumundan müdafiə qüvvələri Nevinnomıssk yaxınlığında PUA hücumunun qarşısını alıb, “yer üzərində dağıntı və xəsarət alan yoxdur”.

“Qalatasaray”ın futbolçusu hücuma məruz qalıb

“Qalatasaray”ın futbolçusu hücuma məruz qalıb

İstanbulda “Qalatasaray”ın futbolçusu Lukas Torreyra hücuma məruz qalıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, hadisə ticarət mərkəzlərindən birində baş verib.