Rusiya və Çinə məxsus 10-a qədər təyyarə qısa müddətlik Cənubi Koreyanın Hava Hücumundan Müdafiə Sistemlərinin fəaliyyət sahəsinə daxil olub. Primeinfo.az “Yonhap”-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Belə ki, hərbi təyyarələr sözügedən sahəyə ölkənin şərq və cənub istiqamətindən daxil olublar.
İsrail Prezidenti İsxak Hersoqu daşıyan hərbi helikopter uçuş zamanı quş sürüsü ilə toqquşub. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, insidentdən sonra helikopter ölkənin mərkəzində yerləşən hərbi bazaya təhlükəsiz eniş edib.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) iyunun 24-də planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib. Bu barədə Primeinfo.az-a AZAL-dan məlumat verilib. Bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.
ABŞ prezidenti Donald Tramp yeni “uçan Ağ Ev”i – Air Force One-ı təqdim edib. Primeinfo.az Bloomberg-ə istinadən xəbər verir ki, bu təyyarə əvvəlkindən iki dəfə böyükdür. Əvvəlki təyyarənin istismarı dayandırılır.
“Türkiyəyə məxsus 2 sərnişin təyyarəsi İranda qalıb”. Primeinfo.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib. O bildirib ki, müharibə başlayanda İranda olan 2 təyyarənin ekipajı Türkiyəyə təxliyyə edilib.
Qazaxıstan 2024-cü ilin dekabrında AZAL təyyarəsinin Aktauda qəzaya uğramasının səbəblərinin texniki baxımdan araşdırılması üçün zəruri olan bütün ekspertiza nəticələrini avadanlıq istehsalçılarından alıb. Primeinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib. Onun sözlərinə görə, texniki komissiyanın işinin nəticələri təyyarə qəzası ilə bağlı bütün suallara aydınlıq gətirəcək: “Nə vaxt vurulub?
Rusiya Azərbaycan Hava Yollarına məxsus AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı liderlər arasında əldə olunmuş bütün razılaşmaların icrası üzərində ardıcıl şəkildə işləyir. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib: “Rusiya və Azərbaycan liderləri ötən ilin 9 oktyabr tarixində Düşənbədə keçirilən görüş zamanı aviaqəza mövzusunu ətraflı müzakirə ediblər. Rusiya tərəfi tərəfindən geniş izahatlar verilib, əldə olunmuş bütün razılaşmaların icrası istiqamətində ardıcıl işləyirik və bu barədə həm diplomatik kanallar, həm də hökumətlər xətti ilə azərbaycanlı tərəfdaşlarımızı mütəmadi olaraq məlumatlandırırıq”, – deyə diplomat bildirib.
Türkiyənin Antalya şəhərində havaya qalxmağa hazırlaşan təyyarənin təkəri çıxıb. Primeinfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Nəticədə təyyarə motorun üstünə düşüb.
ABŞ hərbçiləri Ərəb dənizində “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran pilotsuz uçuş aparatını vurub. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, İran istehsalı olan “Şahed-139” pilotsuz aparatı təyyarədaşıyan gəmiyə doğru uçarkən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı tərəfindən məhv edilib.
İran hökumətinə məxsus təyyarə Moskvaya gedir.