Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Təyyarə

Yaponlar ABŞ təyyarələrinin səsinə görə təzminat alacaq

Yaponlar ABŞ təyyarələrinin səsinə görə təzminat alacaq

Yaponiyada məhkəmə Asiya dövlətinin cənubunda yerləşən Kadena şəhərinin sakinlərinə ABŞ Hərbi Hava Qüvvələrinin eyniadlı aviabazasından qalxan təyyarələrin yaratdığı səs-küyə görə ümumilikdə təxminən 16,3 milyon dollar məbləğində təzminatın ödənilməsi ilə bağlı yerli hökumətin üzərinə öhdəlik qoyub. Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məhkəmə qərara alıb ki, Amerika təyyarələrinin yaratdığı səs-küy çirklənməsi şəhər sakinlərinin gündəlik həyatını pozur və onlara “təyyarə səsindən qaynaqlanan narahatlıq, əsəbilik, yuxu pozuntusu və mümkün aviaqəzalarla bağlı təşviş şəklində psixoloji zərər” vurur.

Həyəcan siqnalı verən Rusiya təyyarəsi Çində təcili enişə hazırlaşır

Həyəcan siqnalı verən Rusiya təyyarəsi Çində təcili enişə hazırlaşır

Həyəcan siqnalı verən “Azur Air” aviaşirkətinə məxsus Boeing 757 təyyarəsi Çinin Lançjou hava limanında təcili eniş etməyə hazırlaşır. Primeinfo.az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir. Məlumata görə, göyərtəsində 238 sərnişin olan təyyarə dörd saat əvvəl Tailanddan havaya qalxıb.

Türkiyədə qəzaya uğrayan Liviya təyyarəsinin "qara qutu"su Britaniyada araşdırılacaq

Türkiyədə qəzaya uğrayan Liviya təyyarəsinin "qara qutu"su Britaniyada araşdırılacaq

Ankara yaxınlığında qəzaya uğrayan Liviya təyyarəsinin “qara qutu”su Böyük Britaniyada araşdırılacaq. Primeinfo.az  xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazir bildirib ki, “qara qutu” və səs yazan cihazın hər ikisi zədələnib, təyyarənin “qara qutu”su Britaniyada araşdırılacaq.

Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi yaradılacaq

Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi yaradılacaq

Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi qurulacaq. Primeinfo.az xəbər verir ki, bu, parlamentin 16 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunun layihəsində əksini tapıb.  

Moskvadan Dubaya uçan təyyarə Bakıda təcili eniş edib

Moskvadan Dubaya uçan təyyarə Bakıda təcili eniş edib

Bu gün “FlyDubai” aviaşirkətinə məxsus “Boeing 737” tipli hava gəmisinin komandiri Moskva–Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib. Beynəlxalq hava limanından Primeinfo.az-a bildirilib ki, təyyarə yerli vaxtla saat 05:30-da Bakı aeroportuna uğurla eniş edib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.