İranın ali rəhbərinin dəftərxanasının beynəlxalq məsələlər üzrə müavini Möhsün Qomi “Fars” agentliyinə müsahibəsində Müctəba Xameneinin atasının ölümünə səbəb olan hücumdan necə sağ çıxması ilə bağlı ilk dəfə rəsmi açıqlama verib. Bu bəyanatla Tehran həm Əli Xameneinin həlak olduğunu, həm də həmin an oğlunun hadisə yerində olduğunu rəsmən təsdiqləmiş olub. Primeinfo.az xəbər verir ki, Möhsün Qominin sözlərinə görə, hücum anında Müctəba Xamenei tamamilə dağılmış binanın daxilində olub.
Ağ Ev Müxbirləri Assosiasiyasının tədbirində baş verən atışmadan sonra saxlanılan 31 yaşlı Kol Tomas Allen ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı vəzifəli şəxslərə hücum etməyi planlaşdırdığını etiraf edib. Primeinfo.az “CBS News”a istinadən xəbər verir ki, ixtisasca müəllim olan Koul Allen müstəntiqlərə bildirib ki, hədəfi prezident administrasiyasında çalışan məmurlar olub. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı hotellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib.
Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda Hilton Otelində təşkil olunan şam yeməyində atışma törədən şəxsin kimliyi məlum olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Barzani ilə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, telefon danışığı zamanı regiondakı münaqişə prosesi və son hadisələr müzakirə olunub. Ərdoğan Neçirvan Barzaniyə iqamətgahına edilən hücumla bağlı narahatlığını ifadə edib.
İran İsrailin cənubundakı Arad şəhərinə raket zərbələri endirib.
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı başladığı quru əməliyyatını qınayıb. Primeinfo.az xəbər verir ki, Türkiyə XİN-in rəsmi “X” səhifəsində yerləşdirilən bəyanatda qeyd olunub ki, “Netanyahu hökumətinin Livanda həyata keçirdiyi kütləvi cəzalandırma siyasəti bölgədə yeni humanitar fəlakətlərə səbəb olacaq”. Bəyanatda Türkiyənin Beyrutla həmrəyliyi ifadə edilib.
Əfqanıstan hakimiyyəti Pakistan ərazisinə pilotsuz təyyarələrlə zərbələr endirməklə qırmızı xətti keçib. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistan Prezidenti Asif Əli Zərdari bildirib. Açıqlamada deyilir: “Pakistanda mülki əhaliyə qarşı pilotsuz təyyarələrin hücumlarını qətiyyətlə pisləyərək, Talibanının qırmızı xətti keçdiyini bəyan edirik”.
İranın Birləşmiş Ərəb Əmirliklərinə hücumu zamanı Azərbaycan vətəndaşları da xəsarət alıblar. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ərəb ölkəsinin Müdafiə Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb. Qeyd olunur ki, martın 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İran ərazisindən doqquz ballistik raket və 35 PUA atıldığını aşkar edib.
İran Yərusəlim ətrafında yerləşən Beyt Şemeş inzibati rayonuna ballistik raketlə zərbə endirib.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Tehrana aviazərbələr nəticəsində öldürülüb.