
İyunun 5-də Azov dənizinin Taqanroq körfəzində göyərtəsində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşı olan “Natra” və “Circon” yük gəmiləri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, hadisə zamanı həyatını itirən azərbaycanlı dənizçilərdən dördünün kimliyini dəqiqləşdirib.
Məlumata görə, hücuma məruz qalan “Circon” gəminin kapitanı Fuad Orucov və böyük mexanik Qismət Əliyev həlak olublar.
“Natra” gəmisində isə kapitan Rəcəb Əhədov və kapitanın ikinci köməkçisi Məhəmməd Əliyev dünyasını dəyişib.
Qeyd edək ki, hadisə zamanı yaralanan 3 Azərbaycan vətəndaşının vəziyyətinin normal olduğu və hazırda Rusiyanın Krasnodar diyarının Yeysk şəhər mərkəzi xəstəxanasının cərrahiyə və travmatologiya şöbələrində müalicə aldıqları bildirilib.