Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Delimitasiya komissiyasının növbəti iclası

Azərbaycan və Ermənistanın işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə müzakirələr olub

Azərbaycan və Ermənistanın işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə müzakirələr olub

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclasında tərəflərin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə iqtisadi-ticari əməkdaşlığın inkişafı, malların və xidmətlərin qarşılıqlı tədarükü, həmçinin tranzit daşımaları məsələləri müzakirə olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb. Məmnunluqla vurğulanıb ki, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında iqtisadi-ticari əlaqələrin formalaşmasının göstəricisidir.

Delimitasiya komissiyasının növbəti iclası Azərbaycanda olacaq

Delimitasiya komissiyasının növbəti iclası Azərbaycanda olacaq

Ermənistanla delimitasiya komissiyasının növbəti iclası Azərbaycanda keçiriləcək. Primeinfo.az xəbər verir ki, tərəflər komissiyaların iclasın tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər. Qeyd edək ki, bu gün Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.