Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Xarici bank kartları

Metroda da xarici bank kartları ilə ödəniş aktivləşdirildi - YENİLİK

Metroda da xarici bank kartları ilə ödəniş aktivləşdirildi - YENİLİK

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sərnişinlər üçün rəqəmsal ödəniş imkanlarını genişləndirərək, artıq xarici emissiyalı bank kartları ilə ödənişi mümkün edib. NFC texnologiyası əsasında tətbiq olunan təmassız ödəniş sistemi sayəsində sərnişinlər beynəlxalq bank kartlarından istifadə edərək turniketlərdən rahat və sürətli keçid edə bilərlər. Primeinfo.az xəbər verir ki, yenilik may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ərəfəsində həyata keçirilən tədbirlərdən biri olmaqla, xüsusilə şəhərimizə gələn xarici vətəndaşlar və turistlər üçün əlavə üstünlüklər yaradır.