Mayın 15-i gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 18-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Mayın 13-ü saat 19:00-a olan faktiki hava açıqlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki,mayın 13-ü saat 18:40-18:53-də Şuşa şəhərinə diametri 12-16 mm, Gədəbəy rayonunda isə saat 19:01-19:10 radələrində diametri 11 mm olan dolu düşüb.
Abşeron yarımadasında, o cümlədən Bakıda dolu hadisəsi nadir hallarda baş verir və adətən qısamüddətli olur. Bunu Primeinfo.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O deyib ki, dolu qısamüddətli və lokal xarakter daşıyan və qəfil formalaşa bilən atmosfer hadisəsidir: “Azərbaycanda dolu daha çox dağlıq və dağətəyi ərazilər üçün xarakterikdir.
Bakıda noyabrın 15-də havanın çiskinli olacağı, rayonlarda leysan yağacağı gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda noyabrın 4-də havanın yağışlı keçəcəyi gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir.
Azərbaycanda oktyabrın 17-də havanın yağışlı keçəcəyi gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə az çiskin olacağı, axşam isə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.