
Ötən ay 44 nəfər Azərbaycana readmissiya edilib.
Primeinfo.az xəbər verir ki, bu barədə “Report”a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, readmissiya Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.
Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.