“Uzun illər sürən müharibədən sonra qonşu Ermənistanla münasibətlərin qurulması Azərbaycanın regionda sülh və sabitliyə nail olmağa can atdığını təsdiqləyir”. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib. H.Hacıyevin sözlərinə görə, Azərbaycan Qlobal Cənubun bir hissəsi kimi öz təcrübəsində işğal və hərbi təcavüzlə üzləşib: “Hələ altı il əvvəl ölkəmizin ərazisinin təxminən 20%-i işğal altında idi.
“Beynəlxalq qurumların, xüsusən də BMT Təhlükəsizlik Şurasının mövcud strukturu müasir dünyanın reallıqlarını əks etdirmir. Bu qurumda Qlobal Cənubun səsi kifayət qədər eşidilmir və ədalətli coğrafi təmsilçilik təmin olunmayıb”.
“Son illərdə Xəzər dənizində su səviyyəsinin azalması sahilyanı icmalar, ekosistemlər, nəqliyyat bağlantıları və regional infrastruktur üçün artan ekoloji, iqtisadi və sosial risklər yaradır”. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib. O bildirib ki, dünya əhalisinin 55%-dən çoxu şəhər ərazilərində yaşayır və bu göstəricinin 2050-ci ilə qədər təxminən 70%-ə çatacağı proqnozlaşdırılır: “Bu gün iqlim miqrasiyası ilə bağlı müzakirələr əvvəlkindən daha аktual xarakter daşıyır.
“Qlobal Cənub dünya arenasında mühüm rol oynayır. Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni cəhətdən və həmçinin tale etibarilə Qlobal Cənubun bir hissəsiyik”.
Mayın 14-də “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir.