Xəbər axtarın

Son axtarış nəticələri:

Məşhur generalın xanımı vəkilliyə başladı

13.05.2026 20:28

Məşhur generalın xanımı vəkilliyə başladı

Konstitusiya Məhkəməsinin keçmiş sədr müavini Sona Salmanova vəkillik fəaliyyətinə başlayıb.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, vəkil kimi and içən Salmanova Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub.

Hüquqşünas kimi bir sıra vəzifələrdə çalışan Sona Salmanova Milli Məclisinin qərarı ilə 4 iyul 1998-ci ildə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. 16 dekabr 2005-ci ildə isə Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyinat alıb.

Əməkdar hüquqşünas 2025-ci ildə Konstitusiya Məhkəməsinin sədr müavini postunda səlahiyyətlərini başa vurmuşdu.

Qeyd edək ki, Sona Salmanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin keçmiş rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlxanovun həyat yoldaşıdır.

Paylaş: